esselamu_eleykum

Azərbaycan İslam 🇦🇿
0 posts
0 followers
0 following
esselamu_eleykum
İbadətdə niyyətin rolu

İbadətdə niyyətin roluİslam dinində əməli dəyərli edən niyyətdir. həm şiə, həm də sünnü mənbələrində həzrət peyğəmbərdən (s) belə bir hədis nəql olunur: «Əməllərin dəyəri niyyətdən asılıdır və hər kəs niyyətinə görə bəhrələnəcək»(«biharul-ənvar», cild 70.). niyyəti dilə gətirmək zəruri deyil. niyyət hər hansı bir işi görərkən insanın əsas məqsədidir. İnsan müxtəlif niyyətlərlə işə başlaya bilər: allahın razılığını qazanmaq, cəhənnəm əzabından qurtulmaq, behişt nemətlərinə çatmaq və s. rəvayətdən belə görünür ki, qeyri-ilahi işə görə axirət mükafatı yoxdur. məsələn, yol kənarına düşmüş dəmir parçasını istifadə etmək niyyəti ilə götürən şəxs üçün heç bir axirət muzdu yoxdur. amma bu dəmir parçasını başqalarının ayağına ilişməsin deyə onu götürməklə allahı razı salmaq istəyən insan üçün ilahi mükafat nəzərdə tutulur. xalqın gözündə şöhrətlənmək üçün bütün var-dövlətini kasıblara paylayan milyonçu allahdan mükafat gözləməkdə haqlı deyil. amma allahı razı salmaq xatirinə tabağının son çörəyini ehtiyaclı qonşusu ilə bölən şəxs əbədi behişt nemətləri ilə mükafatlandırılacaqdır. İslami əxlaq fəlsəfəsinə əsasən, allaha görə görülməyən iş sıfıra, dünyəvi məqsədlərlə yerinə yetirilən ibadətlər isə sıfırdan da aşağı, mənfiyə bərabərdir. İslami düşüncə tərzində olmayanlar belə bir tənasübü qəbul etmirlər. onlar iddia edirlər ki, hansı niyyətlə olursa-olsun kasıblara pul paylayan şəxs üçün axirət mükafatı vardır. maraqlıdır, bir şəxsə prezident olmaq üçün xalqın səsi lazımdır. o, xalqa pul paylayaraq onların səsini alır və prezident olur. demək, bu şəxs verdiyinin əvəzini alır. bəs bu adam hansı əsasla allahdan mükafat uma bilər. İslamda yalnız insan mənəviyyatı üçün xeyirli olan işlər məqbul hesab olunur. axirətdə bu ruhiyyə nemətlərlə yüksəldilir. İnsanın allahla rabitəsinin nəticəsi həmin yüksək əhval-ruhiyyədir.
.
ardı commetdə
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
94 7,823 4 weeks ago
Comments
@khadem_abdullah_meskin
ماشاءالله 💔ماشاءالله💔 ماشاءالله💔
@ynus_959
☝️❤❤
@nana2_n
اللهم صل على محمد وال محمد❤️
@midouche5
💎💎💎🙏❤️❤️❤️🌹 machallha
@muslimanka894
Allxamdillax mashaallox
@asif_bey
Amin allah🙏🙏🙏
@mebel_aliram
Sübhənallah
@mebel_aliram
Əlhəmdulillah
@mebel_aliram
Allahu Əkbər
@bikiriabdel
الله اكبر
@besal.atar
❤️❤️
@mannat.0313
Mashalllah subhanalllah
@ffgsy244
يالله
@guluzadesevda
❤️❤️❤️❤️❤️
@faizyster
Subhaan allah
@milad_ahmed2
ماشاء الله🙏❤️🥀
@kbyywtf
اللهم صل وسلم على محمد وآل محمد

More media from esselamu_eleykum

No other media is found.